Məşhur yazıçı vəfat etdi
21 Noyabr 2012 14:49 MədəniyyətMəşhur rusiyalı yazıçı Boris Struqatski dünyasını dəyişib.
"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, Boris Struqatski noyabrın 19-da xəstəxanada vəfat edib. 79 yaşlı yazıçının ölümünə ürək xəstəliyi səbəb olmuşdur.
Boris Struqatski keçmiş SSRİ-nin və Rusiyanın, o cümlədən dünyanın ən tanınmış fantastik yazıçılarından idi. O, qardaşı Arkadi ilə birgə 30-a yaxın roman yazıb. Ədibin ən məşhur əsərləri "Bazar ertəsi şənbə günündən başlayır", "Gün tutulan gün" və "Yaşayış olan ada"dır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31