Faiq Ağayev: “Kölgəmdə olmaqdan zövq alırsınızsa...”

Xalq artisti Faiq Ağayev dekabrda baş tutacaq konserti öncəsi sərt açıqlamalar verib. Lent.az xəbərinə görə, müğənni onun fonunda özlərini reklam edənləri Facebook sosial şəbəkəsində sərt ittiham edib: "İnşallah dekabr ayında baş tutacaq solo-konsertim öncəsi reytinq ovu başladı. Bəziləri bu fonda, özlərinə reklam qazanmaqdan belə çəkinmədi. Mənim 25 illik "100 % F.A" brendimdən geninə-boluna istifadə edin! Kölgəmdə olmaqdan zövq alırsınızsa, nə qadağa qoyum sizə?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31