M.S.Ordubadiyə həsr olunmuş sərgi təşkil olunub
21 Noyabr 2012 13:52 MədəniyyətAMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyinə həsr olunan sərgi təşkil edilib. AMEA informasiya xidmətinin məlumatına görə sərgidə yazıçının əsərləri, onun haqqında yazılmış kitablar, yaradıcılığından bəhs edən jurnal, qəzet və məqalələri nümayiş etdirilir.
Qeyd edək ki, sərgi 15 gün müddətində davam etdiriləcək. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31