Zamiq ötən günlərin xəyalını qurur
21 Noyabr 2012 13:01 MədəniyyətAzərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynovun unudulmaz səsə malik Akif İslamzadənin repertuarına müraciət edərək "Ötən günlərimi qaytaraydılar" adlı mahnını ifa etməsi heç kimə sirr deyil. Mahnını yeni aranjmanda səsləndirən Zamiq ona klip də çəkdirib. Rejissoru Anar Hüseynov olduğu klipdə Zamiq rəqqas obrazını canlandırır. Tərəf müqabili Veranika xanımla eşq hekayəsi yaşayan Zamiq ötən günlərinin xəyalını qurur. Bütün hadisələrin Azərbaycan Dövlət Opera və Balet teatrında cərəyan etməsi klipə xüsusi rəng qatıb. Onu da bildirək ki, klipdə Zamiqlə rəqqasə xanımın imici üzərində Elnur Həsənov çalışıb. Ümumilikdə geyim tərzini müəyyən edən Elnurun istəyini həyata keçirmək üçün modelyer Afa xanım yardımçı olub. Hər iki səbəbkarın saç düzümü Fuad Hacıyevə məxsusdur.