Nura Suridən sərt acıqlama: "Sual verən gərək, bu pulları hardan qazanırsınız?"

Müğənni Nura Suri sərt çıxış edib. Bəzi sənət əhlinin mal-mülkünü cəmiyyətin gözü önündə sərgiləməsi ilə razılaşmayan sənətçi şəxsi Facebook səhifəsindən etirazını bu şəkildə bildirib: "Başa düşə bilmirəm ki, bəzi şou-biznez əhli efirə çıxıb avtomobillərinin, evlərinin, paltarlarının qiymətini deməklə, niyə özlərini gülünc vəziyyətdə qoyurlar. Axı sual verən gərək, bu pulları hardan qazanırsınız? Konsertdən, albom satışından, toylardan, proqramlardan, hardan? Milyoner ərləri yox, ərdə olmayıblar ki, deyəsən ərindən qalıb. Hec bəy nəvəsi də deyillər".Nura Suri yazir ki, o, bunula kiminsə şəxsi həyatına marağını göstərməyə çalışmır."Məni heç kimin şəxsi həyatı maraqlandırmır. Amma belə söhbətlər, müsahibələr və s. bütün müğənniləri gözdən salır. İnsanlarda nifrət oyadır. Bu qədər kompleksiniz var, psixiatora, psixoloqa müraciət edin. Müalicə alın! Həyatı özünüz üçün yaşayın, başqalarının gözünə soxmaq üçün niyə yaşayırsınız" - deyə, Nura fikrini tamamlayıb. publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31