Brilliant Dadaşova Türkiyədən qayıtmayacaq!

Səbəbin təfərrüatları ortaya çıxdı

Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın Nyu-Yorkun məşhur konsert salonlarından biri olan "Millenium"da "Big Apple Music Awards" mükafatının beşinci beynəlxalq təqdimetmə mərasimində nominant kimi səhnəyə çıxacağı tarix bəlli olub.Əldə etdiyimiz məlumata görə, sənətkar dekabrın 9-da keçiriləcək bu mötəbər tədbirə qatılmaq üçün Bakıya qayıtmayacaq. Hazırda İstanbulda yaradıcılıq işlərini davam etdirən xalq artisti qardaş ölkədən birbaşa ABŞ-a yollanacaq.Xatırladaq ki, mərasim özünəməxsusluğu ilə məşhur "European Music Awards", "Latina Music Awards" mükafatlarının analoqudur."Diamond Award" mükafatının sahibəsi kimi səhnəyə çıxacaq Brilliant Dadaşovadan əvvəl  bu nominasiyada Alabina və İbrahim Tatlısəs seçiliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31