Azərin Samiranı dövlət sənətçisi kimi təqdim etdi VIDEO
Müğənninin çıxışı Türkiyədə böyük marağa səbəb olub
20 Noyabr 2012 20:23 MədəniyyətÖtən gecə Türkiyədə Azərinin qonağı olan Samiranın çıxışı çox böyük marağa səbəb olub. Azərbaycanlı sənətçinin ifası o qədər maraqla izlənib ki, hətta verilişdən sonra Türkiyədə fəaliyyət göstərən prodakşınlar Azərinlə əlaqə saxlayıb, Samira haqqında məlumat öyrənməyə çalışıblar. Azərin Samiranı Türkiyə səhnəsində Azərbaycanın dövlət sənətçisi kimi təqdim edib. Azərin bizimlə söhbətində bu barədə danışarkən qeyd edib ki, Samiranın səsi, ifası o qədər mükəmməldir ki, onu dövlət sənətçisi kimi təqdim etməkdən utanmayıb, çəkinməyib: "Düzdür, Samira hələlik fəxri ad almayıb. İnanıram ki, İnşallah fəxri ada da layiq görüləcək. Çünki onun güclü səsi, səhnə mədəniyyəti var. O, dövlət sənətçisi kimi təqdim olunmağa layiqdir. Ölkə hüdudlarından kənarda Azərbaycan musiqisindən, mədəniyyətindən danışarkən, məhz bu kimi istedadlı, səsi olan sənətçiləri təqdim və təbliğ etmək lazımdır".Verilişdə Qazaxıstanın tanınmış sənətçisi də iştirak edib. Proqramboyu Azərbaycan musiqiləri ifa olunub. Sonda Azərin qonaqları ilə birlikdə, üçlük şəklində maraqlı ifa nümayiş etdirib.Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Azərin aparıcısı olduğu verilişində imkanı çərçivəsində Azərbaycan mədəniyyəti, sənətçiləri barədə məlumat verməklə yanaşı, tez-tez sənətçilərimizi də Türkiyəyə dəvət edir. Əslində bu da Azərbaycan sənətçilərinin daha böyük səhnələrdə, ölkə hüdudlarından kənarda tanınmasına, təbliğ olunmasına birbaşa təsir edir."Azərinlə Bir Avaz" da ən maraqlı görüntüləri oxucularımıza təqdim edirik: