40 ilini həsr etdiyi şirkətdən istefa verdi
20 Noyabr 2012 14:32 MədəniyyətDünyanın nəhəng prosessor istehsalçısı Intel korporasiyası prezident və baş icraçı direktor, həyatının 40 ilini şirkətə həsr edən Pol Otellininin istefa verdiyini açıqlayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının korporasiyanın mətbuat xidmətinin məlumatına istinadən verdiyi məlumata görə istefa barədə qərarı P.Otellini özü qəbul edib."Dünyanın nəhəng şirkətlərindən birinə rəhbərlik etmək mənim üçün böyük şərəf olub. Son 8 ildə icraçı direktor vəzifəsi daxil olmaqla şirkətdə keçirdiyim 40 ildən sonra gələcəyə irəliləmək və sükanı yeni əllərə vermək vaxtı yetişib", - P.Otellini qeyd edib.Intel-in mətbuat xidməti vurğulayıb ki, P.Otellininin rəhbərliyi dövründə - 2005-2012-ci illər ərzində şirkət 107 milyard dollar qazanc əldə edib və 23,5 milyard dollar divident ödəyib.P.Otellini vəzifə səlahiyyətlərini 2013-cü ilin mayında təhvil verəcək. ("OLAYLAR"İA)