Rus Kitab Evində təqdimat mərasimi keçiriləcək

Noyabrın 21-də saat 14:30-da Bakıda fəaliyyət göstərən Rus Kitab Evində Rusiya tarixçilərinin yeni nəşrlərinini təqdimat mərasimi keçiriləcək. Mərasimdə Beynəlxalq Rusiya Cəmiyyətinin Tədqiqatçılar Assosiasiyası Şurasının rəhbəri Gennadi Bordyuqov, "Şimal-Cənub" Politologiya Mərkəzinin baş direktoru Aleksey Vlasov, "Vestnik Kavkaza" portalının baş redaktoru İsmayıl Ağakişiyev, "Şimal-Cənub" Politologiya Mərkəzinin baş direktor müavini Yuliya Yakuşeva, Rus Kitab Evinin direktoru İsrafil İsmayılov, Avrasiya Tədqiqatlar Fondunun icraçı direktoru Rauf Həsənov, Rusiya səfirliyinin işçiləri və KİV nümayəndələri iştirak edəcəklər. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31