Azərsun Holdinq Mədəniyyət Mərkəzinin səhnəsində növbəti premyera
20 Noyabr 2012 14:24 MədəniyyətAzərbaycan mədəniyyətinin təbliğinə xüsusi həssaslıq ilə yanaşan Azərsun Holdinq bu dəfə teatrsevərlərə holdinq mədəniyyət mərkəzinin səhnəsində Azərbaycanın ən qədim teatr kollektivlərindən olan və hazırda məcburi köçkünlük həyatı yaşayan Şuşa Musiqili Dram teatrın səhnələşdirdiyi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" tamaşası nümayiş etdirdi.Premyerada teatrsevərlər, Şuşa ictimaiyyəti, müxtəlif gənclər təşkilatlarının üzvləri iştirak edirdi. Tam anşlaq ilə keçən tamaşanın əsas rolları əməkdar artistlər İqrar Salamov, Yadıgar Muradov, artistlərdən Püstəxanım Zeynalova, Aybəniz Əhmədova, Mətanət Eres, Azad Məmmədovvə başqaları oynayırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31