“Səməd Vurğunun bədii dilinin izahlı lüğəti” işıq üzü görüb
20 Noyabr 2012 14:22 MədəniyyətLüğət Səməd Vurğunun bədii irsinin dili əsasında tərtib edilən ilk sorğu kitabıdır. Lüğətdə 6215 söz və 1753 ifadə vardır.Qeyd edək ki, lüğət Səməd Vurğunun 1960-1972-ci illərdə nəşr olunan 6 cildliyinin 4 cildindəki şeirləri, poemaları, dram əsərləri əsasında tərtib olunub. Sözlərin mənaları ilə yanaşı, onların məna çalarları da lüğətdə öz əksini tapıb. Lüğətdə sözlərin həqiqi və məcazi mənaları Səməd Vurğunun yaradıcılığındakı bədii nümunələr əsasında verilib.Lüğətin redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, rəyçiləri isə professor Məsud Mahmudov və filologiya üzrə fəlsəfə doktorları Fəridə Ləman, Salatın Əhmədlidir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31