Nizami Gəncəvi Milli Məclisdə mübahisə yaratdı

Milli Məclis "Azərbaycan Hökuməti və Tacikistan Hökuməti arasında müəllif hüquqları və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi müzakirə edilib. Sənəd barədə deputatlara Bəxtiyar Əliyev məlumat verib. Bu zaman deputat Aslan Şahverdi  bildirib ki, indi də Tacik ədəbiyyatı Nizami Gəncəvini tacik  şairi adlandırır.  Deputat Bəxtiyar Əliyev isə deyib ki, Nizami Gəncəvini hamı azərbaycanlı şair hesab edir və bu yaxınlarda dahi Nizaminin yubiley tədbirləri də keçirilib. Millət vəkili Gövhər Bəxşəliyeva isə söyləyib ki, Nizamini fars şairi də adlndırırlar, amma SSRi zamanında görkəmli azərbaycanlı alimlər Nizamini fars dilində yazıb-yaradan azərbaycaanlı şair olduğunu sübut ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31