Manaf Ağayev: “Qəflətən halım pisləşdi...”

Tanınmış müğənni, "Toylar Kralı" Manaf Ağayevin səhhətində problem yarandığı barəsində xəbər vermişdik. Bu gün müğənni Lent.az-a açıqlama verərək, bildirib ki, o, ötən gün günorta saatlarında konservləşdirilmiş pomidordan zəhərlənib: "Dünən Space-ə "Sevimli şou" verilişinə gedirdim. Qəflətən vəziyyətim pisləşdi. Qızdırmam qalxdı. Güman etdik ki, pomidor şorabasından zəhərlənmişəm. Mədəmi yudular, qidadan təmizlədilər. İndi özümü yaxşı hiss edirəm". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31