İbrahim Tatlısəs bu gün Bakıya gəlir

Sənətçini azərbaycanlı ekstrasens müalicə edəcək

Türkiyənin "İmperator" ləqəbli ifaçısı İbrahim Tatlısəs Bakıya gələcək. Sənətçinin paytaxta səfərinin səhhəti ilə bağlı olduğu bildirilir.Sənətçi kosmoenerget, ekstrasens Nuridə Küskün tərəfində müalicə olunacaq. N.Küskünün köməkçisinin Gün.Az-a verdiyi xəbərə əsasən, İ.Tatlısəs bu gün axşam saatlarında paytaxda olacaq. Onun 5 günlük müalicə kursu keçəcəyi gözlənilir.Xatırladaq ki, ötən ilin əvvəllərində İ.Tatlısəsə qarşı sui-qəsd törədilmişdi. Başından ağır güllə yarası alan müğənni uzun müddət müalicə olunaraq, yenidən sağlamlığına qovuşub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31