Faiq Ağayev sənətlə vidalaşır?

Faiq Ağayev solo konsertə hazırlaşır. "Azadinform"un məlumatına görə, xalq artisti konsertində köhnə və yeni mahnılarını ifa edəcək. Fanatı tərəfindən hazırlanan videoçarxla başlayacaq  proqramda F.Ağayevin sənət yolunu əks etdirən film və yeni klipin nümayişi də olacaq.
Heydər Əliyev Sarayında baş tutacaq konsertin marketinq işlərini həyata keçirən Anar Əskər bildirib ki, noyabrın 27-dən 30-dək davam edəcək konsertin afişa şəkillərini Səməd İsmayılzadə, səhnə geyimlərini isə Renat Ramazanov hazırlayır.
"25 illik səhnə həyatım ərzində bu vaxta qədər belə qərar qəbul etməmişdim. Məncə, nöqtəni yerində qoymaq gərək!" - deyə F.Ağayev özünün "Facebook" profilində paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31