20 min dollar xeyir verən kitab
19 Noyabr 2012 18:41 MədəniyyətKitabların və ümumilikdə qiraətin xeyirli olduğu elmi araşdırmalarla dəfələrlə sübut olunub. Bəzi araşdırmalar ömür uzatdığını təsdiqləyib, bəziləri stressdən çıxardığını, bəziləri yaddaşı gücləndirdiyini, bəziləri insana mənəvi rahatlıq verdiyini sübut etdi.
Amma çoxları xeyir deyəndə ancaq əllə tutulub, gözlə görünən xeyri - pulu nəzərdə tutur. Artıq onlara da cavab gəldi. Belə ki, İngiltərədə oxunmuş, yəni ikinci əl kitabların satıldığı mağazadan kitab alan xoşbəxt Karlos 20 min dolların sahibi olub. "Mağazada tez-tələsik seçim edib, bu kitabı aldım və tələsik maşınıma mindim". Və içindən 20 min dollar tapıb.
"Azadinform" xəbər verir ki, kitabın içindəki pulu isə Karlos təbii ki, mənimsəməyib. İki gün sonra kitabxanaya qayıdan xoşbəxt alıcı eyni zamanda müxtəlif saytlar vasitəsilə elan verib. Hazırda qızılı, taxta üzlü kitabın sahibi axtarılır. Kitabxana sahibi kitabın əsl sahibi tapılmazsa, pulun kitabxanaya verilməsi lazım olduğunu düşünsə də, hüquqşünaslar pulun Karlosa çatmalı olduğunu deyir.