Sərdar Ortacdan azərbaycanlı milyonçuya: "Onu əlimdən aldın!"

Türkiyənin populyar müğənnisi Sərdar Ortac İstanbuldakı "Günay" restoranında konsert verib.
Məşhur müğənnni dinləməyə gələnlər arasında onun həmkarı Ebru Gündeşlə əri, azərbaycanlı iş adamı Rza Zərrab da vardı.
Ortac səhnənin qarşısındakı lojada oturmuş Gündeş və Zərraba xitabən deyib: "Mən Ebrunu ilk dəfə 1993-cü ildə, ilk dəfə mahnı oxumaq üçün səhnəyə çıxanda tanıdım. Həbsə düşəndə də yanıma görüşə gələn ilk adam Ebru idi. Amma sonra Rza Zərrab çıxdı və onu əlimdən aldı. Rzanı heç tanımırdım. "İnşallah, tanıyıb xoşlaram" dedim. Elə də oldu. Çox ağıllı, səmimi insandır".
Ebru Gündeşi sonradan səhnəyə dəvət edən: "Gəl əvvəlki vaxtımızı yada salaraq birlikdə oxuyaq!" - deyən Ortaca müğənni: "Nə istəyirsən nikahımdan?!" - söyləyib.
Bunun cavabında Ortac deyib: "Ərinlə, uşağınla bəxtəvər olmağını istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31