Alsu klipini Bakıda çəkəcək?

Rusiya estradasının ulduzu Alsu Bakıdadır. "Azadinform"un məlumatına görə, səfərin məqsədi yeni kliplərin çəkilişidir. Kliplərdən biri Alsunun yeni hit olan mahnısına çəkilir. İkincisi isə Alsunun özünün də iştirak edəcəyi "Böyük yolun tozu" mahnısının ekran versiyasının tamamlanmasıdır. Alsunun hər iki klipinin rejissoru "Miss Gulag" filmi ilə məşhur olan Mariya İbrahimovadır. 
Qeyd edək ki, Alsunun Azərbaycanın kino şirkəti "CineX Film and Video Production"ın çəkilən klipi Moskvada Müslüm Maqomayev adına konsert zalında ("Crocus City Hall") nümayiş olunub. Tatarca oxuduğu mahnılarının birinin videogörüntüsündə Bakı və Abşeronda çəkilmiş kadrlar gedib. Klipdə Azərbaycanın Xalq artisti Elmira Şabanova, Əməkdar artist Vidadi Əliyev, Bəhruz Vaqifoğlu, Günel Məmmədova, Ömər Akçurin, uşaq rollarında İsa Həsənov, Diana Kadimova, Teona Lomtatidze, Murad Cəfərzadə, Hamlet Hüseynov çəkilib.
Öz kliplərinin keyfiyyətinə xüsusi tələbkarlıqla yanaşan Alsu Azərbaycan şirkətinin işindən razı qaldığını və yaxın gələcəkdə Mariya İbrahimova və "CineX Film and Video Production" kino şirkətinin çəkdiyi daha iki klipin işıq üzü görəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31