Qazaxıstan mədəniyyət günlərinə start verildi
19 Noyabr 2012 14:59 Mədəniyyət19-20 noyabr tarixlərində Azərbaycanda Qazaxıstan Respublikasının Mədəniyyət Günləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə bu gün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət Günləri çərçivəsində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstan Respublikasının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi və teatrın foyesində fotosərgi təşkil olunacaq. Fotosərginin açılışı saat 18:30-da, konsert isə saat 19:00-da başlanacaq. ("OLAYLAR"İA)
.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31