Afaq Şıxlı Rusiya Yazarlar Birliyinin üzvü seçildi
19 Noyabr 2012 14:57 MədəniyyətBeynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının Moskva bölməsinin nümayəndəliyinin verdiyi xəbərə görə, Moskvada yaşayan Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının, Avrasiya Yazarlar birliyinin üzvü, eləcə də Rusiya Poeziya akademiyasının müxbir üzvü tanınmış şairə Afaq Şıxlı Rusiya Yazarlar Birliyinin üzvü seçilib. Bu səbəblə Moskva Ədəbi ictimaiyətinin üzvləri tədbir keçiriblər. Afaq Şıxlı tədbirə toplaşan hər kəsə öz təşəkkürünü bildirərək belə deyib: " Bu zamanadək olan və bundan sonra qazanacağım hər bir nailiyyət - Azərbaycanım üçündür. Şeirlərimin və hekayələrimin dərc olunduğu beynəlxalq jurnallarda, almanaxlarda AZƏRBAYCAN sözünü oxumaqdan aldığım həzz heç nəylə müqayisə oluna bilməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31