İbrahim Tatlısəs Azərbaycanda müalicə olunacaq?
19 Noyabr 2012 19:41 MədəniyyətMəşhur türk ifaçısı İbrahim Tatlısəs Bakıya gələcək. "Azadinform" "Facebook" sosial şəbəkəsində yayılan məlumatlara istinadən bildirir ki, o, ölkəmizə oxumaq üçün deyil, müalicə almaq üçün gələcək.
Məlumatı isə kosmoenerget, ektrasens Nuridə Küskünün evində çalışan tanınmış aşpaz Mehman Hüseynov özünün "Facebook" profilində paylaşıb. O, bildirib ki, evində Nuridə Küskün Azərbaycanda da yüzlərlə pərəstişkarı olan İ.Tatlısəsi müalicə edəcək.
Xatırladaq ki, ötən ilin əvvəllərində İ.Tatlısəsə qarşı sui-qəsd törədilmişdi. Başından ağır güllə yarası alan müğənni uzun müddət müalicə olunaraq, yenidən sağlamlığına qovuşub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31