Meyxanaçı islam xəlifəsini və salyanlıları təhqir etdi VIDEO

Bu videogörüntü youtube.com saytında meyxana həvəskarlarının dəfələrlə izlədiyi sumqayıtlı iş adamı Elnurun oğlunun sünnət toyundandır. Göründüyü kimi tanınmış bədiyə ustası maştağalı Vüqar, Rəşad Dağlı, Pərviz Bülbüləli, Vüqar Biləcərili, Orxan Lökbatanlı, Əlkbər Yasamallı və Cavid Günəşli deyişirlər.  "Şeytan səndən min dəfə yaxşıdı" qafiyəli deyişmədə Orxan Günəşli

Pərviz, özünü bilmə igid
Səni vurub eylərəm şəhid
Adama su vermirsən Yezid
Osman səndən min dəfə yaxşıdı.

Şeirini deyir. O burada 3-cü islam xəlifəsi Osmanı nəzərdə tutaraq aşağılayır. Ələkbər Yasamallı isə

Pərviz, atirsan əl-qolu
Getmiyirəsn düzgün yolu
Bir dənə nəşə ilə dolu
Qəlyan səndən min dəfə yaxşıdı
Səlyan səndən min dəfə yaxşıdı.

Şeirini deyir. Hesab olunur ki, bu ifadə ilə bədiyə ustası Ələkbər sətiraltı ifadə ilə salyanlıları təhqir edib. ("OLAYLAR"İA) 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31