Məşhur cütlük uşaqların xatirinə birləşdilər
Demi Mur və Eşton Katçer uşaqları seksual istismardan xilas edəcəklər
19 Noyabr 2012 19:27 MədəniyyətXəyanət səbəbindən 2011-ci ildə boşanan Demi Mur və Eşton Katçer bəyan ediblər ki, fonddakı birgə işlərini bərpa edəcəklər. Cütlüyün əsas amacı uşaqların seksual köləlik məqsədilə satılmasına qarşı mübarizədir.
Eks sevgililər Demi Mur və Eşton Katçer onların ümumi DNA fondunda birgə işləyəcəklərini rəsmən bəyan ediblər. Keçmiş cütlük tərəfindən 2010-cu ildə yaradılmış fond bundan sonra "THORN: Digital Defenders of Children" (Uşaqların şifrələnmiş müdafiəçiləri) adlanacaq.
Eşton və Demi, "Biz son 3 ili biz uşaqların seksual köləlik üçün satılmasına müqaviməti üzərində işləmişik. Bizim işimiz zamanı bizə məlum oldu ki, texnologiya bu kimi cinayətlərdə və ümumiyyətlə uşaqların seksual ekspluatasiyasında böyük rol oynayır.
Biz hesab edirik ki, bu cinayətlərin texnoloji aspekti xüsusi diqqət və kapital qoyuluşu tələb edir.",- deyə bəyan ediblər.