Azərbaycan ulduzları dünyanın sonuna necə hazırlaşırlar?

Mayya təqviminə inansaq, dekabrın 21-də planetlər bir cərgəyə düzüləcək, dünyada bir neçə günlük qaranlıq olacaq.   Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, azərbaycanlı şou-biznes ulduzları bu günə necə hazırlandıqlarını bildiriblər.
Sevda Ələkbərzadə: "Mən belə şeylərə inanmıram. Bizə ancaq gözləmək və Allaha ümid eləmək qalıb".
Nadir Qafarzadə: "Mən inanıram ki, uca yaradan bizə qarşı mərhəmətli olacaq və bəşəriyyətə heç nə olmayacaq".
Xuraman Şuşalı: "İnsanların Mayya təqvimini ciddi qarşılaması məndə yalnız gülüş yaradır".
Sevda Yahyayeva: "Dekabrın 28-də mənim ad günümdür. Buna görə də dünyanın sonu hələ ki, olmamalıdır. İnanmıram ki, nəsə qorxulu bir şey baş verəcək".
Elton da ylnız Allaha ümid edir və ondan mərhəmət gözləyir. O hesab edir ki, hər şeyə optimist yanaşmaq lazımdır.
Nura Suri: "Bu cür təqvimlər çox olub, lakin heç nə baş verməyib və baş verməyəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31