"Sonu hara gedir bilmirəm, amma...""

Mən Rəqsanəyəm

Azərbaycanın məşhur müğənnisi, adı daim qalmaqallarda hallanan Rəqsanə İsmayılova özünə və sənətinə ciddi yanaşmayan insanlara cavab verdi. SİA-ya açıqlamasında "dostlarına" səslənən Rəqsanə onlara "meydan oxudu": "Kimsə nəyisə ciddiyə almırsa, bu, onun şəxsi problemidir. Ən əsası odur ki, istədiyim hər şeyi həyata keçirirəm. Hər dəfə də o, "dostlarıma" Rəqsanə olduğumu göstərirəm. Mən bir tək Allahdan qorxuram. Mənə heç kim heç nə edə bilməz! O bata-bata gedən insanlar, qazdıqları quyuya özləri düşür. Sonu hara gedir bilmirəm, amma məni ciddiyə almayan insanlar mənə maraqlı deyil. Mən övladlarım üçün istədiyim hər cür şəraiti qurmuşam. Qızım Aysun hazırda Moskvada təhsil alır və mən buna şadam. Özüm isə istədiyim addımı atdım. Hər qadının işi deyil ki, burdan Türkiyəyə getsin və bu qədər layihələr həyata keçirsin. Bunu ancaq şou-biznesin cəsarətli xanımları bacarır və mən onları alqışlayıram. Yəni, mənə kimin nə danışdığı, ciddisi, qeyri-ciddisi, heç biri maraqlı deyil! Mən Rəqsanəyəm və sözümü deməyi də bacarıram. Özümü də sözümü də sübüt edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31