Nizami Gəncəvi və Şərq ədəbiyyatı
19 Noyabr 2012 12:22 MədəniyyətNoyabrın 21-də AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Azərbaycan Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq elmi konfrans keçiriləcək. AMEA Şərqşünaslıq İnstitutundan "OLAYLAR" daxil olan məlumatda bildirilir ki, konfransda Azərbaycan, Türkiyə və İran alimləri iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31