Meyxanaçı Namiq Qaraçuxurlunun nişanlısının kimliyi məlum oldu
Ölkənin ən reytinqli şou-biznes verilişi “ATV Maqazin” yenə sizi həqiqətlərdən xəbərdar edəcək
17 Noyabr 2012 17:31 MədəniyyətMilli.Az-ın məlumatına görə, yerli şou dünyasında baş verən ən maraqlı xəbərləri tamaşaçılara olduğu kimi çatdıran "ATV Maqazin" verilişində bu axşam növbəti dəfə meyxanaçı Namiq Qaraçuxurlunun şəxsi həyatı müzakirə mövzusu olacaq.Namiqin nişanlısını verilişin əməkdaşları axtarıb tapdılar. Onun könül verdiyi xanımın kimliyi haqqında ilk dəfə bu axşam xəbər tutacaqsınız. Namiqin özü də susmayacaq. O, toyunun detallarını tamaşaçılardan gizlətməyəcək.Verilişdə, həmçinin bu süjetlərə də baxmaq imkanınız olacaq:
Vokalçı Lətifə Soyöz atasının ruhuna həsr etdiyi "Prima" albomundan qazanc düşünürmü? Həftəyə damğasını vuran fərqli təqdimat mərasimindən özəl görüntülər.
Röya iki tanınmış sənətçinin arasında söz-söhbət yaratdı?
Xalq artisti Zülfiyyə Xanbabayeva ilə əməkdar artist Tünzalə Ağayevanı nə birləşdirdi?
Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova nənə oldu.
Müğənni Rəqsanə İsmayılova ərə gedəcəyi tarixi açıqladı. O, ikinci dəfə gəlinlik geyinəcəkmi?
Məşhurların paparassi görüntülərini də izləmək sizə maraqsız gəlməyəcək.
Bakıda qonaq olan türk müğənnisi Emre Aydının özəl görüntüləri.
"ATV Maqazin"i izləməyi ikinci plana keçirməməyiniz məsləhətdir. Noyabrın 17-i saat 23:00-dan etibarən ATV telekanalının efirini izləyin. Verilişin təkrarı noyabrın 18-də saat 17:00-da yayımlanacaq.
Tamaşaçılara fərqli süjetlər təqdim edən yaradıcı heyəti bir daha sizə tanıdırıq: aparıcı Nərgiz Vahabqızı, redaktor Günay Firudinqızı, reportyorlar Nərgiz Əliyeva, Vüqar Kamiloğlu, montajçı Rüstəm Firudinoğlu.
Xatırladaq ki, "ATV maqazin"in informasiya dəstəyi Milli.Az-a məxsusdur.