Rəqqasə Validə: “Nə qədər istəyirsiz, çəkin, kişilərin qucağında belə”-
"Mənə fərq etməz, onsuz da soyunuram..."
16 Noyabr 2012 19:33 MədəniyyətGənc rəqqasə Validə Azərbaycanda Fatimə Fətəliyevadan başqa oynamaqda özünə rəqib görmədiyini deyib. ANS PRESS-in "Qafqazinfo.az" saytına istinadən verdiyi məlumata görə, məclislərin birində saytın fotokamerasına tuş gələn Validə bildirib ki, həyatda heç kompleksi yoxdur: "Nə qədər istəyirsiz, çəkin. Kişilərin qucağında belə... Mənə fərq etməz. Mən oynayıram, pulumu qazanıram. Onsuz da soyunuram. Özümü bağlayıb çıxa bilmərəm ki, səhnəyə. Rəqqasəlikdə 21 yaşım var, özümə ev aldım. Öz işimdən çox razıyam, bunu hamıdan yaxşı bacarıram. Bir Fatimə xanımdan başqa. Çünki Fatimə xanım mənə bu işə gəlməkdə çox dəstək olub. Rəqqasəliyə yeni başlayanda, geyimlərim yox idi. Fatimə xanım mənə öz rəqs libaslarından verdi...".