Cenifer Lopezin oturub–durduğu azərbaycanlı biznes ledi -

Rusiyada ən öndə gedən xanımlarından biri, Moskvadakı elit butiklərin sahibi azərbaycanlı Aysel Truqel (Hüseynova) dünya şöhrətli müğənni Cenifer Lopezin Moskvadakı alış-verişində ən dəbli eksperti olub.
"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Cenifer Lopez noyabrın 11-də Moskvada konsert verməklə yanaşı şəhərin ən dəbli butiklərinə də baş çəkməyi unutmayıb. Ceylo alış verişini Aysel Trudelin şirkətində həyata keçirib.
O, butikdən məşhur dizayner Kristian Labutenin 15 cüt hündürdaban ayaqqabısını alıb.
Müğənni daha sonra Aysel Trudelə məxsus "Aizel" butikindən geyimlər seçib.
Butikdən çıxarkən Lopezi Trudel müşayiət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31