5 ən gözəl epiqraf

Oxucuların böyük əksəriyyəti epiqrafları oxumur deyə düşünülür. Amma kitabsevərlər bu fikri təkzib edir. Belə ki, hər əsərin epiqrafı əsər haqqında ən lakonik və dolğun təsvirdir, ya da əsərin əsas ideyasının ən mükəmməl portretidir. Ən azı ona görə ki, müəllifin özü tərəfindən yazılır. "Azadinform" "HuffPost"-un müşayiəti ilə sevgi haqqında yazılan beş ən yaxşı epiqrafı təqdim edir.

1. V.Yets "Revalutionary road" ("İnqilabi yol") - "Lənət olsun ki, ehtiras həm vəhşi, həm də əzdiricidir".
2. Orxan Pamuk "The White Castle" ("Bəyaz qala") - "Naməlum bir həyat yoluna bizi bağlayan və öz sehrliliyi üçün daha cazibədar yollarla yalnız onun sevgisi ilə yaşaya biləcəyimizə inandıran o adamı təsəvvür edin - bu, böyük ehtirasın doğuşundan başqa nə ola bilər ki?"
3. Cennifer Veyner "Good in Bed" ("Yataqda yaxşıdır") - "Eşq heç nədir, heç nə, onların dediyi kimi heç nə"
4. Qabriel Qarsia Markez "Love in the Time of Cholera" ("Vəba dövründə eşq") - "Demək üzrə olduğum söz: indi onların özünün taclandırılmış ilahəsi var"
5. Ann Patçet "Bel Canto" ("Gözəl nəğmə") -  "Yad adam, sən bizdə nə axtarır və nə gözləyirsən?
  - Dostluq və sevgi.
  - Bu sənin həyatınla nəticələnsə belə hazırsanmı?
  - Bəli"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31