Qədim türk tayfalarının vətəni Şərur... - TARİX

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin elmi redaktorluğu, akademik İsa Həbibbəylinin elmi məsləhətçiliyi ilə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, t.e.d. Abbas Seyidov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.e.n. Səfər Aşurov və i.ü.f.d. Sabir Məmmədovun birgə hazırladıqları "Qədim Şərur" adlı kitab çapdan çıxıb. 
Kitabda ərazisi qədim tarixə malik olan Şərur rayonunun tarixi, coğrafi mövqeyi, flora və faunası, habelə qazıntılar zamanı aşkar olunan arxeoloji materialların geniş texnoloji və tipoloji təhlili öz əksini tapıb.
Yeni nəşrdə son illərdə qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri müəlliflər tərəfindən elmi cəhətdən təhlil olunur, Şərur ərazisinin qədim türk tayfalarının Vətəni olduğu göstərilir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31