Nigar Camal və Eldar Qasımov ABŞ-da qala-tədbirə qatılıb

Xalq artisti Məsum İbrahimov, "Eurovision" qaliblərimiz Nigar Camal və Eldar Qasımov ABŞ-da möhtəşəm tədbirə qatılıb. 

"Azadinform" xəbər verir ki, Azərbaycan-Amerika Alyansı Vaşinqtonda "Bakılı qonaqlar ilə Vaşinqtonda bir axşam" qala-tədbir təşkil edib. Ağ ev administrasiyası, ABŞ Konqresi, Diplomatik korpuslar, elm və mədəniyyət sahələrindən təxminən 700 qonağın iştirak etdiyi təntənəli şam yeməyinin təşkil edilməsində məqsəd qarşılıqlı əlaqələri möhkəmləndirmək olub. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və  Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun dəstəyi ilə keçirilib. Gecədə Azərbaycanın musiqisi səslənib, milli rəqsləri nümayiş olunub. Eləcə də Azərbaycan mətbəxinin ənənəvi yeməklərinin təklif olunduğu şam yeməyi verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31