Moldovada keçirilən mədəniyyət günləri başa çatıb
16 Noyabr 2012 14:05 MədəniyyətNoyabr ayının 11-dən Moldovada başlayan Azərbaycan Mədəniyyət Günləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, noyabrın 14-də Moldovada Azərbaycan Mədəniyyət Günləri çərçivəsində daha bir tədbir Beltsı şəhərində baş tutub. Burada Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası ilə Beltsı şəhərinin tamaşaçıları qarşısında çıxış ediblər. M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə hazırlanan iki hissəli səhnə əsəri tamaşaçıların böyük marağına səbəb olub.
Konsertdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldova Azərbaycanlıları Konqresinin Prezidenti Vüqar Novruzov, Türkiyə, Ukrayna, Belarusiya və Yaponiyanın Moldovadakı səfirləri iştirak ediblər.
Mədəniyyəti Günləri çərçivəsində Kişineudakı "Odeon" Mədəniyyət Mərkəzində Ülviyə Könülün "Vəkil haradadır?" filmi nümayiş olunub. ("OLAYLAR"İA)