Azərbaycanda mehmanxanaların sayının çoxluğu qiymətlərin geniş spektrli olmasına imkan verir

Hazırda Azərbaycanda 327 mehmanxana və mehmanxana tipli obyekt, 211 turizm şirkəti lisenziya ilə fəaliyyət göstərir. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "Turizm və rekreasiya XXI əsrdə" I beynəlxalq elmi praktiki konfransda cıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir neçə il əvvəl ölkədə 200-300 hotel olduğu halda, bu ilin ilk 6 ayının məlumatlarına əsasən, ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin sayı 506-ya çatıb. Respublika üzrə yataq yerlərinin ümumi sayı 31 850-dir. Ölkədəki mehmanxanalarda 6013 nəfər işləyir.
Səmədov bildirib ki, mehmanxanaların sayının çoxluğu qiymətlərin geniş spektrli olmasına imkan verir.
"Kim istəyirsə, "üç", kim istəyirsə "dörd", "beş" ulduzlu hoteldə qala bilir. Yəni hər qiymətə uyğun hotellər var. İstirahət mərkəzlərində 20 manatdan başlayaraq, 250 və daha yüksək qiymətlərə gecələmək mümkündür", - nazir müavini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31