Efirlərdən yan gəzən tanınmış azərbaycanlı müğənni şəxsi həyatını açıb-tökdü

""Mən o qədər də ağıllı adam deyiləm".Lider TV-də yayımlanan "Rəngarəng" verilişinin növbəti qonağı bəlli olub. Milli.Az-ın məlumatına görə, rejissor Aynurə Tahirqızı, aparıcı Zaur Nəbioğlu və müxbir Aytac Bayramzadənin birgə ərsəyə gətirdiyi verilişin bu dəfəki qonağı Azərbaycanın xalq artisti, tanınmış kamança ustası Habil Əliyevin oğlu, məşhur müğənni Rəvan Habiloğludur.Hər zaman efirlərdən yan gəzən və media qarşısına çıxmağı sevməyən müğənni eksklüziv xəbərlərini məhz "Rəngarəng"çilərlə bölüşdü.

Çox maraqlı və səmimi açıqlamalar edən Rəvandan gözlənilməz etiraf da gəli: "Mən o qədər də ağıllı adam deyiləm".
Heç bir yerdə şəxsi həyatını müzakirəyə çevirməyən müğənni bu dəfə ənənəsini pozdu: "Əfsuslar olsun ki, həyat yoldaşımdan ayrılmışam. Ancaq bir gözəl balam var".
Subaylığın sultanlıq olmadığını dilə gətirən müğənni şəxsi həyatında dəyişiklik etmək istəyir: "Dəlicəsinə aşiqəm".
Verilişdə baş verən digər maraqlı anların şahidi olmaq istəyirsinizsə, bu gün saat 21:00-da gözünüz Lider TV-də olsun. Verlişin təkrarı şənbə günü saat 14:30-da yayımlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31