Nadir Qafarzadə zoofildir? - GÜNDƏM
Və yaxud Azərbaycanın çörəyinin əvəzi və Nadir Qafarzadə mədəniyyəti
15 Noyabr 2012 15:58 MədəniyyətXalq artisti Səməd Səmədovla müğənni Nadir Qafarzadənin itlərinə toy edib, "quda" olacaqları xəbəri yerli mətbuatın diqqətini cəlb edib. Bir qrup xalq artisti Səməd Səmədova qarşı çıxıb. Nadir Qafarzadə isə etdiyi zarafatın bu qədər böyüyəcəyini gözləmədiyini söyləyib. O itinə toy etdikdən sonra digər heyvanları üçün də "nikah" mərasimi düzənləyəcəyini elan edib: "İtimə İngiltərədən eksklüziv gəlinlik gətirəcəm. Söz verirəm ki, itimdən sonra pişiyimə toy edəcəm".
Bu Nadir Qafarzadənin açıqlamasıdır. Açıqlamanın səviyyəsindən danışmaq istəmirəm. Ona görə ki, bu açıqlamanın səviyyəsi artıq oxucular tərəfindən verilib. Dünən Nadir Qafarzadə daha bir açıqlama verib. Adam heç nədən çəkinmədən daha bir səviyyəsiz çıxış edib. Nadir bu açıqlaması ilə nəinki özünü və xalq artisti Səməd Səmədovu, hətta Azərbaycan xalqını təhqir edib. Nadir deyib ki, itinə "nigah" mərasimi keçirəndən sonra digər heyvanlarına da toy edəcək. O pişiyinə, itinə, qoyununa da toy edəcəyini bildirib. Hətta deyib ki, bu heyvanları xarici müğənnilərin heyvanları ilə cütləşdirəcək: "Azərbaycandan isə toya heç kimi dəvət etməyəcəm, çünki, onlar mənim səviyyəmdə deyil. Bəli, evləndirdiyim it mənim oğlumdur, bəzi heyvanabənzər insanlardan üstündür. Sonda burdan hər kəsə səslənirəm ki, mən itoynadan Nadirəm, çünki mənim sözümlə hər kəs oynayır".
Axı Nadirdən nə gözləyirsiniz?
Bu Nadirin sayıqlamasıdır. Nadirin belə sayıqlaması gözləniləndir. Ona görə ki, Nadir Azərbaycanın və azərbaycanlıların hesabına çörəyə çatıb, tanınıb. Atalardan da bir məsəl var ki, o da çörəkverən məsələsidir. Yəni, Nadir o səviyyəyə çatdı ki, artıq çörəyini yeyib suyunu içdiyi, torpağında böyüdüyü Azərbaycanı və azərbaycanlıları təhqir etdi. Bunu hər kəs ondan gözləyir yəqin ki. Nadiri bu gün Nadir edib ortaya, adam işinə çıxaran, onu tanıdıb Azərbaycan şöhrətli müğənni edən elə Azərbaycan xalqıdır. Çətin, ac-yalavac günlərini yadından çıxaran Nadir bilməlidir ki, onu bu gündən qurtaran, çörəyə çatdıran, künc-bucaqda qalmağa qoymayan Azərbaycan xalqı olub. O Azərbaycan ki, onu boya-başa çatdıran ölkə, onun kimi insanlara Vətən olmağa razılıq verən, torpagında iməkləyərkən onu ayağa qaldıran, palatka toylarında çürüyərkən onu ekranlara buraxan, ona ad-san, şan-şöhrət verən və sonda onun doğulub boya-başa çatdığı vətənini qorumaqdan yayınmasına, həqiqi hərbi xidmət keçməməsinə göz yuman AZƏRBAYCAN. Aç gözlərini, yaşadığın, dolandığın, suyunu içib çörəyini yediyin vətənə yaxşı-yaxşı bax Nadir! Doğulub böyüdüyü, boya-başa, çörəyə çatdığı ölkəsinin dar günündə müxtəlif yollarla vətəninin müdafiəsindən yayınan, kişilik məktəbi adlandırılan həqiqi hərbi xidmət görməyən, VƏTƏN anlayışının nə demək olduğunu belə anlamayan bir insandan artıq nə gözləmək oılar ki?
Zoofil Nadir, yoxsa ailəsini amansız təhqir edən müğənni?
İkinci məsələ. Bu isə birbaşa ailə, namus məsələsidir ki, onu da Nadir Qafarzadə özü bilər. Adam utanmadan deyir ki, evləndirdiyim it mənim oğlumdur. Bu isə birbaşa onun ailəsini təhqir etməsinə gətirib çıxarır. Əgər it bunun oğludursa, demək Nadir də itin atası hesab edilir. Belə olan halda isə Nadirin dişi itlə(hələ mən ən mədəni formada deyirəm-Ə) münasibətdə olmasını təsdiqləyir. Nadirkimilərə elmi dildə zoofil də deyirlər. Yəni Nadir itlə ailə həyatı qurub ki, onların cütlüyündən bu it yaranıb. Çünki, Nadir nə də olsa insan sinifinə aiddir və insandan itin törəməsi mümkün deyil. Buna görə də, mən fikirləşdiyim məsələ barədə düşünülməlidir. Digər tərəfdən, Nadir bu açıqlaması ilə həyat yoldaşı və oğlanlarını təhqir edib. Mənim bildiyim qədər Nadirin iki oğul övladı var və Allah saxlasın. Amma, Nadirin emosiyalara qapılıb "it mənim oğlumdur" deməsi onun övladlarının amansız təhqir edilməsi deməkdir. Ən azından Nadirin oğlanları o qədər də azyaşlı deyil ki, heç nəyi anlamaya. Artıq bu uşaqlar ağlıkəsən gənclərdir və öz şüurları ilə özlərini dərk etməyə qadirdir. Buna görə də, həmin oğlanlar bu açıqlamanın mənasını Nadirdən soruşmalıdır. Nadirin həyat yoldaşına gəlincə isə, bu xanım da yəqin ki məsələdən xəbərdardır. Yəni, Nadirin açıqlaması bu xanımın da təhqir edilməsidir və həyat yoldaşı olaraq o da Nadiri ən azından qınamalıdır. Çünki, Nadir sonuncu açıqlaması ilə Azərbaycan xalqını təhqir etməklə yanaşı ailəsini də rüsvay etdi.
Kim sənin səviyyənə düşmək istəyər, ay Nadir?
Nadirin açıqlamasındakı daha bir məqam isə səviyyə söhbəti və "itoynadan Nadir" obrazıdır. Nadir deyir ki, heyvanlarının toyuna Azərbaycandan heç kimi dəvət etməcək. Çünki, azərbaycanlılar onun səviyyəsinə uyğun deyil. Bax, bircə bunu düz deyib Nadir. Adam bilir ki, heç kim onun səviyyəsinə düşüb belə düşük bir hərəkət edib Nadirin toyuna getməz. Çünki, Nadirdən fərqli olaraq Azərbaycanın ən düşüncəsiz, geridə qalmış adamı özünü Nadir səviyyəsinə sala bilməz. Nə də olsa Azərbaycan xalqının, Azərbaycan millətinin dünya şöhrətli səviyyəsi, yeri, mənliyi var. Hansı azərbaycanlı istəyər ki, Nadir səviyyədə olsun. Əlbəttə, heç bir şəxs. Özünə şəxsiyyət deyən, cibində şəxsiyyət vəsiqəsi olan heç bir azərbaycanlı bu addımı atıb səviyyəsinə xələl gətirə bilməz. Ən azından həmin azərbaycanlı cibindəki şəxsiyyət vəsiqəsindən utanar və bu hərəkətin həmin ali sənədə xələl gətirəcəyini düşünər. Bilmirəm Nadirin şəxsiyyət vəsiqəsi var, yoxsa yoxdur. Amma, onu bilirəm ki, Azərbaycan Respublikasının vətəndaşı olması üçün Azərbaycan dövlətindən şəxsiyyət vəsiqəsi alan bir şəxs belə addım atmaz, vəssalam.
Azərbaycan toylarına "itoynadan" yox, insan müğənni lazımdır
Qaldı ki, Nadirin itoynadan məsələsinə, bu da Nadirin bir səhvidir. Özü də bağışlanmaz bir səhv. Nadir toylarda oxuyur və onu toylara aparan, populyar edən də elə Azərbaycan xalqıdır. O yəqin ki nə erməni toyuna getmir, nə də digər xristian toyuna. Nadir azəri, türk, və müsəlman toylarına aparılır. Gedir bir az pis çıxır deyə səhvimi düzəltdim. Nadiri bu toylara dəvət edənlər onu populyar edib ortaya çıxardılar ki, axırda Nadir bayaq oğlu hesab etdiyi canlı kimi hər şeyi atıb onları özünə oxşatsın? Həmin canlının bir az toyları çox olanda bilirsiniz də nə edir? Əlbəttə ki, sahibinə qarşı çıxır. Nadir hansı toyda oxuyub ki, o toyda oynayanlar it olub? Buna açıqlama versə bilərəm ki, Nadir həqiqətən də bu yazıya layiqdir. Əgər verməsə, daha doğrusu cavab verməsə elə məndeyəndir ki, məndeyən. İnanmıram ki, bundan sonra Azərbaycanda kimsə şəxsiyyətinə sığışdırıb Nadiri toyuna, ziyafətinə və digər şənliyinə dəvət etsin. Zənnimcə bu artıq Azərbaycan xalqına dərs oldu və Azərbaycan vətəndaşı, Azərbaycan xalqı və azərbaycanlılar artıq bundan sonra toylarına, ziyafətlərinə insan müğənni aparacaq ki, toy sahibi özünü də insan kimi hiss etsin.
Səməd Səmədov nə deyir?
Və sonda isə xalq artisti, xalqın sevimlisi, tanınmış müğənni Səməd Səmədova və onun ailəsinə heyf demək istəyirəm. Ən azından ona görə ki, Səməd Səmədov kimi insan bu cür təhqirlərə reaksiya verməyib. Bəlkə də verib, amma buna başqa cür reaksiya olmalıdır. Səməd Səmədovun ailəsinə it gəlin göndərmək istəyən Nadir Qafarzadənin məqsədinin nə olduğunun fərqinə varmaq lazımdır, cənab Toylar Kralı. Çünki, bu nə Rəqsanənin Həcc ziyarətinə getməsi deyil, nə Tünzalənin ərindən ayrılması. Bu birmənalı olaraq ailənin təhqir edilməsidir. Nadir və nadirkimilər sinfinə aid olanları isə nəinki ailəyə yaxın buraxmaq, ümumiyyətlə Azərbaycandan çıxarmaq lazımdır Səməd müəllim. Mən sadəcə dedim və Azərbaycanı, azərbaycanlıları, Azərbaycan adətini, namusunu, qeyrətini sevən bir şəxs kimi, bir ölkə vətəndaşı kimi mövqeyimi bildirdim. İndi isə növbə sizindir Səməd Səmədov!
Əli