Röya ilə duet ortağının arası dəyib?
15 Noyabr 2012 15:00 MədəniyyətSon zamanlar Röya ilə Niyam Salaminin arasının dəydiyi barədə xəbər yayılıb. Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, hər şey onların birgə duetindən sonra başlayıb. Bu xəbəri şərh edən N.Salami Lider telekanalının "Pərdə" verilişində deyib ki, onun ən yaxın dostu Rəhim Rəhimli, ən yaxın rəfiqəsi isə Röyadır.
"O, yaşca məndən balacadır, lakin konsertlərin və layihələrin sayına görə Röya məndən üstündür. O bilir ki, mən onunla duet oxuduğuma görə dəqiqə başı zəng edib onu dəng edən deyiləm. Onun işləri çoxdur. Mən ona lazım olunca zəng edir və məni tapır", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31