Yerli kinoteatrlarda yerli filmlər göstəriləcək

Ölkə kinoteatrlarında yerli filmlərin nümayişinə başlanılacaq. "Azadinform" xəbər verir ki, bu barədə jurnalistlərə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.Onun sözlərinə görə, indiyədək yerli kinoteatrlarda ancaq əcnəbi filmlər nümayiş olunduğu halda, bu ənənə pozulacaq: "Bundan sonra kinoteatrlara üz tutanlar isə son illər ekranlaşdırılan milli filmləri izləmək şansı qazanacaqlar. Bu filmlər arasında "Cırtdan və Təpəgöz" 3D cizgi filmi, "Dolu", "Milli bomba" və "Cavad Xan" filmləridir".Xatırladaq ki, yerli filmlərin nümayişinə ilk olaraq Nizami Kino Mərkəzindən başlanılacaq. Yeni layihənin piarı isə "Space" telekanalı vasitəsilə çatdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31