İki müğənni arasında münaqişə qızışır

Brilliant Dadaşova və Abbas Bağırov arasındakı qalmaqal gündən-günə daha da qızışır.Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, Abbas bu dəfə Brilliant Dadaşovanın ona dərs dediyini təkzib edib."Brilliant xanım mənə dərs deməyib, mənim müəllimim olmayıb. Əgər belə bir şey olsaydı, danmazdım. Tamaşaçılar deyə bilərlər ki, mən onun mahnılarını oxuyuram, yoxsa o mənim mahnılarımı oxuyur", - Abbas ATV telekanalının "10lar" verilişinə bildirib.
Abbasın bu sözlərinə cavab olaraq, B.Dadaşova deyib ki, hətta bu gün belə Abbasa məmnuniyyətlə dərs deyər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31