Sevda Sanaliyeva depressiyadan çıxıb VIDEO

. Rəqqasə və müğənni Sevda Sanaliyevanın efirlərdə görsənməməsinə səbəb onun depressiyada olması olub.
"Azadinform" müğənninin sənətdən getməsinin səbəblərini açıqlayarkən dediklərinə istinadən bildirir ki, xeyli müddət depressiyada olan sənətçi xanım hətta həyatına qəsd etmək də istəyib: "Məndə belə hallar arada bir olur. Gecəni səhərə qədər ağlayıram. Həmin an elə vəziyyətdə oluram ki, sanki həyat mənim üçün bitdi və mən yaşamaq istəmirəm. Hər şeyin həvəsindən düşürəm. Sonra yenidən özümü toplaya bilirəm". Açıqlamasının axırını nikbin notlarla bitirən sənətçi yenidən yaradıcılıq işlərinə başladığını deyib: "Axır ki, sənətə qayıtdım, bu dəfə birdəfəlik gəlmişəm. Düşünürəm ki, mənim şou-biznesdə yerim olmasaydı, yaradıcılığımdakı il yarımlıq fasilədən sonra əvvəlki yerimə qayıda bilməzdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31