Toni Brekston Bakıda konsert verəcək
15 Noyabr 2012 19:08 MədəniyyətHeydər Əliyev Fondunun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində Bakıda dünya şöhrətli müğənni Toni Brekstonun konserti keçiriləcək.
Trend-in məlumatına görə, 6 Qremmi mükafatı laureatı Toni Brekston Bakıda ikigünlük konsert proqramı ilə çıxış edəcək. Unudulmaz şou dekabrın 17-18-də Heydər Əliyev Sarayında təşkil olunacaq.
Meqastar Bakı şousunda repertuarındakı məşhur hitləri, o cümlədən yeni mahnılarını ifa edəcək.
Toni Brekston tamaşaçılara 90 dəqiqəlik unudulmaz şou vəd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31