“Bu gecə ölmək istəyirəm” VIDEO
14 Noyabr 2012 18:21 MədəniyyətSözləri millət vəkili Qənirə Paşayevaya aid olan yeni mahnı ifa edilib.
"Qafqazinfo" xəbər verir ki, "Bu gecə ölmək istəyirəm" adlı mahnını Tünzalə Ağayeva ifa edib. Mahnının musiqisi T. Ağayevaya məxsusdur.
Mahnının sözlərini təqdim edirik:
Gözlərimi yumub
Her şeyi unutmaq istəyirəm...
Səni unutmayan qəlbimi
Səninlə dəfn etmək istəyirəm.
Məni bir eşqə sındıran
Qürurdan qurtulmaq istəyirəm..
Məni bir zalıma aşiq eyləyən
Bu qəlbi öldümək istəyirəm...
Bu gecə ölmək istəyirəm
Eşqimə ağlayan dəli yağmurla
Son dəfə özümü ağlamaq istəyirəm...
Bu gecə ölmək istəyirəm
Mənə inad uzanan bu gecəylə
Vidalaşmaq istəyirəm...
Sənli yuxularımdan
Əbədi ayrılmaq istəyirəm...
Dilimdən düşməyən adını
Dodaqlarımda dondurmaq istəyirəm...
Sənə toxunsalar yanar canım
Canımdan qurtulmaq istəyirəm...
Səni səndən qaçırıb
Özümlə aparmaq istəyirəm...
Mahnını da dnləyin: