Moldovada Nizami Gəncəvinin aforizmlərindən ibarət kitabın təqdimatı keçirilib

Moldovada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Moldova Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin aforizmlərindən ibarət Azərbaycan, rumın, ingilis və rus dillərində nəşr olunmuş miniatür kitabın təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, şairin 870 illiyi münasibətilə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüs və dəstəyi ilə işıq üzü görmüş nəşrin təqdimetmə mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Moldovanın tanınmış ziyalıları və rəsmi şəxsləri iştirak ediblər.
Qeyd edək ki, Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Kişinyov şəhərində "Odeon" Mədəniyyət Mərkəzində Azərbaycan Kinosu Günləri keçirilir. Moldova sakinləri və Kişinyovda yaşayan həmvətənlərimiz "Girov" bədii filminə tamaşa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31