Şou-biznesdə “röyalaşma” gedir?

Müğənni İradə İbrahimova şou əhlinə kəskin ismarıc göndərib. "Hazırda yerli şou-biznesdə röyalaşma gedir. Hamı özünü Röyaya bənzədir. Kişi müğənnisidir, mahnı oxuyur, amma ifasını dinlədikdə görürsən ki, Röyanı təqlid edir". "Azadinform"un məlumatına görə, İradə İbrahimova bu haqda yerli telekanalların birində yayımlanan verilişdə danışıb. Röyalaşma məsələsinə Röyanın özü də aydınlıq gətirib. O, həmkarının fikirləri ilə razı olduğunu göstərib: "İradə haqlıdır, qız ifaçıları arasında röyalaşma gedir. Amma özünü mənə oxşadanlara deyəndə ki, ifan mənə oxşayır, qəbul eləmirlər. Bunu dilə gətirməyə qorxurlar. Radioya qulaq asıram. Elə bilirəm ki, 10 il bundan öncəki ifalarımdı. Buna çox sevinirəm. Deməli, sənətdə mənim öz dəsti-xəttim oldu".
Röya hətta özünə əvəzolunmaz sənətkar qiyməti də verib: "Onu da deyim ki, bizim şou-biznesdə məndən bir də olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31