Azərbaycanın xalq artisti oğlunu nişanladı
14 Noyabr 2012 14:23 Mədəniyyət"Mərasimdə yalnız müğənninin qohumları olub".
İlhamə Quliyeva "Qafqazinfo"ya açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirib: "Bu mənim şəxsi işimdir. Şəxsi həyatıma heç kim qarışmasın. Bu barədə danışmaq istəmirəm".
Xalq artisti İlhamə Quliyeva oğlu Orxanı evləndirir.
"Qafqazinfo"ya daxil olan məlumata görə, iki gün bundan əvvəl xalq artisti restoranlardan birində oğlu Orxana nişan mərasimi edib. İlhamə Quliyevanın oğlunu kiminlə evləndirdiyini öyrənə bilməsək də, məlum olub ki, nişan mərasimində şou əhli iştirak etməyib. Mərasimdə yalnız müğənninin qohumları olub.
Həmişə media ilə yaxşı münasibətdə olan xalq artisti İlhamə Quliyevanın bu xəbəri onlardan niyə gizlətdiyi də sual altında qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31