75 milyonluq şəkil budur? FOTO
Əsər kanaalı rəssam Mark Rotkoya məxsusdur
14 Noyabr 2012 19:10 MədəniyyətKanadalı abstraksiya rəssamı Mark Rotkonun əsəri Nyu-Yorkda "Sotheby`s" hərracında rekord qiymətə satılıb. Belə ki, rəssamın "Kral qırmızısı və mavisi" adlı əsərinə, nə az-nə çox, düz 75,1 milyon dollar pul ödənilib.Bu qiymət gözləniləndən xeyli yüksək olub, çünki hərrac həmin əsərin 35-50 milyon dollara satılacağına ümid edirdi.
Qeyd edək ki, Mark Rotko "Kral qırmızısı və mavisi" əsərini 1954-cü ildə çəkib. Son 30 ildə əsər özəl kolleksiyalardan birində olub və ictimaiyyət qarşısında nümayiş etdirilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31