Amerikada Azərbaycan Mədəniyyət Gecəsi keçiriləcək

Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçiriləcək. Dünya Azərbaycanlı Gənclər Birliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirin əsas mahiyyəti Azərbaycan Amerika arasındakı siyasi, iqtisadi, sosial əlaqələrin, eləcə də dostluq münasibətlərinin mühümlüyünü nəzərə çarpdırmaq, eyni zamanda Azərbaycanın mədəniyyətini, adət ənənələrini, mətbəxini geniş auditoriyaya təqdim etməkdir. Tədbirdə nüfuzlu siyasətçilərin, elm xadimlərnin, din xadimlərinin, biznesmenlərin, media işçilərinin, universitet tələbələrinin iştirakı gözlənilir. Toplantıda iştirak etmək üçün  YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov da ABŞ-a gedib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31