Röya Ayxanın adı şou-biznesin yeni qarşıdurmasında - VIDEO
Bu barədə Röya nə deyəcək?
14 Noyabr 2012 12:06 MədəniyyətMilli.Az xəbər verir ki, tamaşaçıların böyük maraqla Lider TV-nin efirində izlədikləri "Pərdə" maqazin proqramının noyabrın 14-ü, saat 22:15-də nümayiş olunacaq buraxılışında yenə də çox fərqli mövzular çözüləcək.
Rejissoru Aynurə Tahirqizi, aparıcısı Zaur Nəbioğlu, reportyoru Aytac Bayramzadə olan verilişdə bunlardan xəbərdar olacaqsınız:
Haqqında olmazın şayiələr gəzən Rəvan Habiloğlu... O hansı açıqlamaları verdi? 12 il susqunluğa son qoyuldu.
Emil Bədəlovdan şad xəbər! Mügənni bu barədə danışdı...
Məşhur şeirin müəllifi qəzəbləndi. Onun kimə əsəbi tutdu?
Məşhurlar bir arada... Qruplaşan tanınmışlar nələrdən danışdılar?
Şou aləmində yeni qarşıdurma... Tərəflərdən biri Röya, digəri Niyam. Duet ortaqlarının yolları ayrıldı? Niyam Səlaminin şok yaradacaq sözləri... Bu barədə Röya nə deyəcək?
Pərdənin "Tet-a-tet"rubrikasının bu dəfəki qonağı "5 mərtəbəli evin 6-cı mərtəbə"sinin əsl həqiqətini çözəcək.
Çox maraqlı və çox fərqli söhbət. Bütün bunlar bu dəfə "Pərdə"də. Fərqli və gündəmi alt-üst edəcək bir buraxılış.
Qeyd edək ki, hər dəfə "Pərdə" verlişində maraqla izlənilən "Tet-a-tet" rubrikasının bu dəfəki qonağı xalq yazıçısı Anar oldu. Aparıcı Zaur Nəbioğlunun suallarına səmimi cavab verən yazıçı fərqli və maraqlı açıqlamalarla yadda qaldı.
Hələ də aktuallığını qoruyan əsərin müəllifi aparıcının "Qəhrəmanlarınıza göstərdiyiniz doğmalığa görə nənəm mənim adımı Zaur qoyub" deməsinə özünəməxsus cavab verib.
Uzun illərdir Təhminə və Zaur sevgisinin çoxunun dilində əzbər olduğunu nəzərə alan Zaur Nəbioglu müəllifə bu mövzu ilə bağlı özəl və çoxunu maraqlandıran bir neçə sual ünvanlayır.
"Mən özüm də Zaurun yerinə olsaydım, eyni hərəkəti edərdim", - deyən yazıçı şəxsi həyatı barədə də "Tet-a-tet"də danışdı.
"Pərdə"nin hər dəfə şok yaradan "5 Etiraf" rubrikasında isə bu dəfə qonaq rəqqasə Fatimə olub. O, 5 şokedici etiraf edib. Rəqqasə ilk və sonuncu dəfə bu barədə danışıb. Çoxunun Fatimədən gözlədiyi açıqlama eksklüziv olaraq "Pərdə"də oldu. Şəxsi həyatı barədə Fatimə çox özəl açıqlamalar verdi.
Səmimi söhbət və çox səmimi açıqlamalar. "Pərdə"yə baxın ki, biz sizin üçün gizli olanı aşkar edək.
Verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.