Röya Ayxanı 30-40 avro müqabilində dinləyəcəklər

"Yaradıcılığımı Türkiyədə davam etdirəcəyəm" deməklə gündəmə gələn müğənni Röya solo konsertə hazırlaşır.
  "Azadinform"un xəbərinə görə, Röya planlaşdırdığı konsert proqramını Türkiyədə deyil, Hollandiyada verəcək.
Müğənninin açıqlamasına görə, o, Utrext şəhərinin mötəbər məkanlarından birində oxuyacaq.
Dekabrın 1-də baş tutacaq konsertin biletləri yerindən asılı olaraq 35-40 avro arasında dəyişəcək.
Konsertin təşkilatçıları "Ozan MVV Production" və "Sultan Production"dır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31