Azərbaycanlı müğənni: "qızlar, gəlin qaçaq..." - FOTO

Onlar soyuğa dözümü olmayanlar sırasında birincidirlər.  Milli.Az-ın məlumatına görə, ötən gün Roza Zərgərlinin klip və disk təqdimatına ayrı-ayrılıqda təşrif buyuran estrada müğənnisi Elnarə Xəlilova, rəqqasə Oksana Rəsulova və radio dj Gülnar Muradova eyni masa arxasında olduqca xoş vaxt keçirdilər.
Bol-bol şəkil çəkdirən rəfiqələri məclis zamanı bizim fotokameramız da kifayət qədər görüntülədi.
Məkanın çıxışında geydikləri üst geyimləri ilə poza vermələrini xahiş etdik. Deyəsən, xahişimiz heç də ürəklərincə olmadı.
Gülnar və Oksana soyuqdan dişlərini qıcıyıb məcburən gülümsəməyi bacarsalar da, Elnarə susmadı: "Qızlar, gəlin qaçaq. Onlar deməsə də, soyuğa dözümsüzük. Odur ki, bundan artıq titrəyə bilmərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31